Azərbaycanın 2015-ci il üçün müdafiə xərcləri artırılır 14 Oktyabr 2014 01:00 Ölkə Azərbaycanda gələn il büdcədən müdafiə və təhlükəsizlik sektoruna ayrılan vəsaitlərin həcmi 3,1 faiz artacaq. Maliyyə Nazirliyindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün (xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulmuş vəsait nəzərə alınmaqla) müdafiə xərclərinə 2015-ci il dövlət büdcəsi xərclərinin 17,9 faizi həcmində vəsait nəzərdə tutulub. Bu isə 2014-cü illə müqayisədə 3,1 faiz-bənd çoxdur. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanılması xərcləri 2014-cü il dövlət büdcəsi xərclərinin 5,8 faizini təşkil edəcək. Məhkəmə sisteminin saxlanılması xərcləri üçün 2015-ci il dövlət büdcəsində 52,3 milyon manat vəsait pronozlaşdırılıb ki, bu da 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən 13,2 milyon manat və yaxud 34 faiz çoxdur. Eyni zamanda, 2015-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində də müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına aid olan infrastrukturlar üzrə investisiya layihələri üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub. / Teqlər : #Azərbaycanın 2015ci il üçün müdafiə xərcləri artırılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın gələnilki büdcə xərclərinin 8,1 faizi təhsilə sərf ediləcək `İlqar Məmmədovla bağlı qərar qətidir`