Azərbaycan sinoptiklərindən hava müjdəsi 30 Oktyabr 2014 02:00 Ölkə Azərbaycanda nisbətən mülayim hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-13, gündüz 13-16 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq, bəzi şimal və şərq rayonlarında yağış yağacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq. / Teqlər : #Azərbaycan sinoptiklərindən hava müjdəsi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cənub bölgəsini mal-heyvan xəstəliyi bürüyüb Aşura günü Azərbaycanda qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahlar (SİYAHI)