Azərbaycana yağışlı, qarlı, şaxtalı hava gəlir 01 Noyabr 2014 02:00 Ölkə Sabah Azərbaycanda qeyri-sabit, yağmurlu və şaxtalı hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, noyabrın 2-si günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin əlverişsiz olacağı, şimal küləyinin güclənəcəyi, axşam saatlarından başlayaraq temperaturun kəskin - 8-10 dərəcə enəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, aradabir yağış yağacaq, gecəyə doğru yağıntılı olacaq, şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 8-10, gündüz 10-13, axşama doğru isə 5 dərəcə isti olacaq. Azərbaycanın bölgələrində noyabrın 2-də hava yağıntılı olacaq, bəzi yerlərdə intensivləşəcək, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Qərb küləyi arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 8-13, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacaq. Noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı olacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. / Teqlər : #Azərbaycana yağışlı,#qarlı,#şaxtalı hava gəlir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qarabağ Azadlıq Təşkilatı BMT-ni girovlar məsələsinə müdaxilə etməyə çağırdı Bələdiyyə seçkilərinə qoşulan partiyaların sayı 7-yə çatıb