Azərbaycan sinoptiklərindən xoş müjdə: hava mülayimləşəcək

 
Azərbaycanda noyabrın 1-dən müşahidə edilən kəskin soyuq hava şəraiti sabahdan başlayaraq mülayimləşəcək, temperatur nisbətən yüksələcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sabah gündüzdən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Lakin sabah bəzi şərq rayonlarında yağış ehtimalı var.
 
Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında yağıntının tədricən kəsiləcəyi, hava şəraitinin gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə havanın yağıntılı keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 10-15, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək./

Google+ WhatsApp ok.ru