Azərbaycandan Məşhədə gedənlərə şad xəbər: Yeni aviareys açılır

Prezident Həsən Ruhaninin Bakıya səfəri zamanı Azərbaycan və İran arasında Bakı-Məşhəd aviareysinin açılması ilə bağlı sənəd imzalanacaq. Bunu Trend-ə hazırda Bakıda səfərdə olan İran parlamentinin Mədənlər və sənaye komissiyasının üzvü Əli Əlilu deyib.
 
Ə.Əlilu bildirib ki, aviareysin açılması Azərbaycan və İranın şimal-şərq əyalətləri, o cümlədən Xorasan Rəzəvi əyaləti arasında qarşılıqlı ticarət əlaqələrinin qurulmasına imkan yaradacaq.
 
Qeyd edək ki, bundan öncə İranın Azərabycandakı səfiri Möhsün Pakayin demişdi ki, Bakı-Məşhəd aviareysinin açılması üçün “Azərbaycan Hava Yolları” QSC və “İran Air” şirkətləri arasında müzakirələr aparılıb. /
 

Google+ WhatsApp ok.ru