Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu

Həftənin ilk iş günü Azərbaycanda buludlu hava şəraiti üstünlük təşkil edəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-in bildiriblər ki, Bakıda və Abşeron yarımadasında hava noyabrın 10-da dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.
 
Cənub-şərq küləyi 7-12 m/s, gündüz arabir 14 m/s.
 
Havanın temperaturunun gecə 7-11° isti, gündüz 14-18° isti, Bakıda gecə 8-10° isti, gündüz 15-17° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət gecə və axşam 85-95%, gündüz 60-70% təşkil edəcək.
 
Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək.
 
Şərq küləyi 3-8 m/s.
 
Havanın temperaturunun gecə 1-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir./

Google+ WhatsApp ok.ru