Azərbaycanda yeni telekanal açılır

Kanal 2015-ci ilin ikinci yarısından yayımlanacaq

 
Azərbaycanda yeni "EvroAz"adlı telekanal açılır. 
 
ANS PRESS-in məlumatına görə, kanal 09.12.2014 cü il tarixində Isveç Teleradio Üst Qurumu tərəfindən lisenziya alıb. 
 
Azərbaycan və Türkiyə diasporasının birgə əməyi nəticəsində yaranmış bu kanal, mədəniyyət sahəsində ,daha çox xəbərlərin yayımlanması nəzərdə tutulub. Telekanal yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının telekanalı olacaq.
 
Telekanalda ancaq Türkün və Azərbaycanın mədəniyyətini, dilini, musiqisini, kinosunu, ədəbiyyatını, mətbəxini Avropaya və dolayısıyla dünyaya çatdıracaq verilişlər hazırlanacaq.
 
Siyasətlə heç bir əlaqəsi olmayan telekanal da, turizmin tanıdılmasında da, xüsusi yer ayrılacaq.
 
2015-ci ilin ikinci yarısından AzərSpace telekommunikasiya peyki ilə "EvroAz" telekanalının yayımlanması nəzərdə tutulub. 
 
Ümumiyyətlə, telekanalda yayımlanacaq verilişlər Azərbaycan və Türk dillərində olacaq.
 
Telekanalın təqdimat mərasiminin Bakıda keçirilməsi nəzərdə tutulur.

Google+ WhatsApp ok.ru