Azərbaycanın Nəqliyyat Nazirliyinin səlahiyyətləri artırıldı

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın Nəqliyyat Nazirliyi haqqında Əsasnaməyə dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
 
Maide.az xəbər verir ki, Azərbaycanın Nəqliyyat Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişikliyə əsasən avtomobil və dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək bu nazirliyin funksiyaları sırasına daxil edilib. 

Google+ WhatsApp ok.ru