Azərbaycanda hakimlərin təqaüd yaşı qaldırıldı

Azərbaycanda hakimlərin təqaüd yaşı qaldırılıb.
 
Milli Məclis dekabrın 30-da məhkəmələr və hakimlər haqqında qanuna belə dəyişiklik edib.
 
Yeni düzəlişə görə, , Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər məhkəmə hakimləri üçün isə 66-a qaldırılıb.
 
Dəyişiklik gələn il yanvarın 1-dək təyin edilən hakimlərə şamil olunmur.
 
Bundan əvvəl akimlər üçün müəyyən edilən son yaş həddi 65 idi və Məhkəmə-Hüquq Şurasının təklifi ilə 70-dək artırıla bilərdi ./

Google+ WhatsApp ok.ru