Azərbaycan Rusiya əleyhinə səs verməkdən imtina etdi

Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında Rusiyanın bu qurumda səsvermə hüququndan məhrum edilməsi ilə bağlı qərara dörd ölkə etiraz edib.
 
Səsvermə qurumun rəsmi saytında da göstərilib. Ukrayna nümayəndə heyəti tam tərkibdə qərarın leyhinə səs verib. Qərarın əleyhinə səs verən ölkələr isə Azərbaycan, Ermənistan, Kipr, Serbiyadır. Qeyd edək ki, Azərbaycanı bu qurumda millət vəkilləri Əli Hüseynli, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Sahibə Qafarova və Qənirə Paşayeva təmsil edir.
 
Qətnamə onların ölkəsinə aid edildiyi üçün qaydalara görə, rusiyalılar səsvermədə iştirak edə bilməyiblər.
 
Qətnamənin əleyhinə ümumilikdə 42, lehinə 160 nəfər səs verib.
 
Xatırladaq ki, daha əvvəl AŞPA rusiyalı nümayəndə heyətini 2015-ci ilin aprelinə qədər səsvermə hüququndan məhrum etmişdi. Rusiyalılar bundan sonra seçkilərdə müşahidə missiyasında iştirak edə bilməyəcək, məruzəçi olmayacaq, həmçinin digər orqanlara AŞPA nümayəndəsi qismində təyin edilə bilməyəcəklər. qafqazinfo /

Google+ WhatsApp ok.ru