Azərbaycanda gömrük ödənişləri elektronlaşdırılıb

Artıq Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən portala əlavə olunan "Gömrük ödənişləri" elektron xidməti vasitəsilə gömrük ödənişlərini elektron qaydada aparmaq mümkündür.
 
Komitənin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, gömrük ödənişlərini onlayn rejimdə həyata keçirmək üçün autentifikasiya tələb olunmur. Xidmətdən faydalanmaq üçün portalda "Qeydiyyatsız xidmətlər" bölməsindən Dövlət Gömrük Komitəsinin müvafiq xidmətini seçmək kifayətdir.
 
Qeyd edək ki, bununla da DGK-nın "Elektron hökumət" portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 6-ya çatıb.

Google+ WhatsApp ok.ru