Azərbaycanda aviabiletlər kəskin bahalaşdı 23 Fevral 2015 02:00 İqtisadiyyat Azərbaycanda manatın ucuzlaşması Bakıdan həyata keçirilən beynəlxalq uçuşların 20-30% bahalaşmasına səbəb olub Azərbaycanda milli valyutanın devalvasiyası səbəbindən Bakıdan həyata keçirilən bütün beynəlxalq aviareyslərə biletlərin manatla ifadəsində qiymətinin kəskin artmasına səbəb olub. Maide.az xəbər verir ki, yerli turizm şirkətlərindən "Report"a verilən məlumata görə, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin gerçəkləşdirdiyi beynəlxalq reyslərdə 20-25% bahalaşma müşahidə olunub. "Ən çox bahalaşan reyslərdən biri Bakı-Frankfurt-Bakı olub ki, bu istiqamətdə olan uçuşlara biletlər əvvəl 700 manat ətrafında satılırdısa, indi qiymət 830-850 manata qədər yüksəlib. Bakı-İstanbul-Bakı reysinə biletlər təxminən 80 manat bahalaşıb, əvvəl qiymət 260 manat idi, indi isə 340 manat olub. Eyni reysləri həyata keçirən "Türk Hava Yolları" isə qiyməti, hətta 276 manatdan 385 manata qədər artırıb. Bakı-Minsk-Bakı reysi əvvəl 298 manat idi, indi isə 390 manatdır", - deyə turoperatorun əməkdaşları bildirib. Bununla yanaşı, AZAL Bakı-Moskva-Bakı aviareysinə biletlərin qiymətini 350 manatdan 460-470 manata qaldırıb, Rusiyanın "Aeroflot" şirkəti isə analoji reysi 340 manatdan 470 manata qədər bahalaşdırıb. Teqlər : #Azərbaycanda aviabiletlər kəskin bahalaşdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Mercedes`in Bakı mərkəzi: `Qiymətləri 34% artıracağıq` Brent neftinin bir barelinin qiyməti 59 dollar oldu