Azərbaycanlı milyarder İraq hökumətinə qarşı

“Lukoyl” İraqdan “Qərbi Kurna–2” layihəsinə görə kompensasiya neftinin artırılmasını tələb edəcək.
 
Axar.az xəbər verir ki, bu açıqlama ilə “Lukoyl” prezidenti Vahid Ələkbərov çıxış edib.
 
Onun sözlərinə görə, Bağdad buna əməl etməyəcəyi halda layihədəki şirkətin investisiyasını azaldacaq. Bu layihədə investisiya templərinin və iqtisadi parametrlərinin saxlanılması üçün istifadə ediləcək.
 
Qeyd edək ki, “Qərbi Kurna-2” yatağı Bəsrədə yerləşir. O, dünyanın ən çox neft ehtiyatına malik ikinci yatağıdır. Yatağın işlənməsi üçün yatırılan investisiyaların 56,3%-i “Lukoyl”a məxsusdur./

Google+ WhatsApp ok.ru