Azərbaycan dizel yanacağı istehsalını xeyli artırıb 19 Aprel 2015 01:00 Ölkə 2015-ci ilin yanvar-mart aylarında 796,4 min ton dizel yanacağı istehsal edilib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 25,9 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-mart aylarının yekunu üzrə hesabatında deyilir. Hazırda Azərbaycanda yanacağa olan tələbatın artması ilə əlaqədar ölkədə neft məhsullarının yeganə istehsalçısı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) mövcud emal zavodlarının modernləşdirilməsi üzrə işlər görür. Ümumilikdə cari ilin ilk 3 ayında Azərbaycanda 1,34 milyon ton neft məhsulları istehsal edilib. 2014-cü ilin yanvar-martında isə bu rəqəm təqribən 1,2 milyon ton olub./ Azərbaycanda neft məhsullarının istehsalının ümumi cədvəli: Neft məhsullarının istehsalı 2015-ci il yanvar-mart (tonla) ) 2014-cü ilin yanvar-martına nisbətdə (faizlə) Avtomobil benzini 300,3 97,9 Nafta 47,7 153,9 Kerosin 163,4 93,4 Dizel yanacağı 796,4 125,9 Sürtkü yağı 2,8 26,9 Neft bitumu 32,6 46,9 Teqlər : #Azərbaycan dizel yanacağı istehsalını xeyli artırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ Azərbaycandan neft məhsullarının idxalını artırıb Əlil uşaqların sayı azalıb