Azərbaycanın bəzi yerlərində leysan xarakterli yağıntılar qeydə alınıb

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, mayın 12-si gün ərzində və mayın 13-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, əksər rayonlarda yağış yağıb. Bəzi yerlərdə yağıntılar intensiv və lokal leysan xarakterli olub. Ən çox yağıntı isə Böyük və Kiçik Qafqazın ərazilərində, Ordubad ərazisinə düşüb.
 
Bakı və Abşeron yarımadasında da qeyri-sabit və yağıntılı hava şəraiti müşahidə olunub. Ələt, Bakı, Maştağa, Binə, Sumqayıt daxil olmaqla paytaxtın əksər ərazilərində yağıntı qeydə alınıb.
 
Hazırda ölkə ərazisində müşahidə edilən havanın temperaturu norma daxilində tərəddüd edir. Qeyri-sabit hava şəraitinin mayın 15-i gündüzədək davam etməsi gözlənilir.

Google+ WhatsApp ok.ru