Bu gün üç rayonun qaz təchizatı məhdudlaşdırılır

Bu gün Bakının Xəzər və Binəqədi, həmçinin Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Maide.az-a verilən məlumata görə, tikinti sahəsinə düşən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməklə yerinin dəyişdirilməsi və yeni çəkilmiş qaz xətlərinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar  bu gün saat 10:00-dan işlər başa çatanadək Xəzər rayonunun Qala və Şüvalan, Abşeron rayonunun Novxanı və Binəqədi rayonunun Biləcəri qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq. 

Google+ WhatsApp ok.ru