Azərbaycanın beş rayonunun qaz təchizatı məhdudlaşdırılır

Bu gün Tovuz, Şəmkir, Ağdaş, Şamaxı rayonlarında və Bakı şəhəri Xəzər rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Maide.az-a verilən məlumata görə, yeraltı və yerüstü qaz xətlərində yaranmış qaz sızmasının ləğvi və yeni çəkilmiş qaz xətləri üzərindəki qaz tənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar bu gün saat 9:00-dan işlər başa çatanadək Tovuz, Şəmkir, Ağdaş, Şamaxı rayonlarının bir hissəsinə, həmçinin Bakı şəhəri Xəzər rayonunun Binə, Qala və Buzovna qəsəbələrinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. 

Google+ WhatsApp ok.ru