Azərbaycanda vətəndaşın məcburi əməyə cəlb edilməsi faktı aşkar edilib 06 İyun 2015 01:00 Ölkə Azərbaycanda vətəndaşın məcburi əməyə cəlb edilməsi faktı aşkar edilib. Maide.az-ın Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə istinadən verdiyi məlumata görə, 2015-ci il iyun ayının 2-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Zeynalov Fehruz Məmməd oğlunun ailəvi sahib olduqları Bakı şəhəri, Xəzər rayonu və İmişli, İsmayıllı rayonlarında yerləşən heyvandarlıq fermalarında Azərbaycan Respublikası vətəndaşının məcburi əməyə məruz qalması faktı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Azərbaycanda vətəndaşın məcburi əməyə cəlb edilməsi faktı aşkar edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şikayətçi dələduzluq edən polis əməkdaşının işdən çıxarılmasını tələb edib Qan donorlarının sayı 3 dəfədən çox artıb Mənbə : İslamazeri