Azərbaycan çempionu rinqə PKK bayrağı ilə çıxdı 10 İyun 2015 01:00 İdman Sosial şəbəkələrdə yeni siyasi qalmaqala səbəb ola biləcək fotoşəkil yayılıb. Bu yaxınlarda keçirilən əlbəyaxa döyüş üzrə turnirdə Azərbaycan idmançısı, dördqat Avropa çempionu Anar Süleymanov rinqə üzərində kürd terror təşkilatı olan PKK-nın simvolikası olan geyimdə çıxıb. Bu yarışlar “İdman Azərbaycan” telekanalı ilə yayımlanıb. A.Süleymanov onu kürd terrorçularına rəğbət bəslədiyinə görə tənqid edən sosial şəbəkə istifadəçilərinin iradlarına isə söyüş və hədə-qorxu gəlməklə cavab verib. Məlumata görə, Anar Süleymanov Azərbaycandakı kürd icmasının liderlərindən biri, “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleymanovun yaxın qohumudur. Teqlər : #Azərbaycan çempionu rinqə PKK bayrağı ilə çıxdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru FİFA: Rusiya və Qətərin Dünya Kubokuna ev sahibliyi ləğv edilməyəcək Messiyə 280 milyon avro qiymət qoyuldu