Azərbaycan hökuməti Avropa Məhkəməsində növbəti işi uduzub

İyunun 18-də Avropa İnsan Hüquqları Məhkəməsi “Mehdiyev Azərbaycana qarşı” işi üzrə qərar çıxarıb.
 
Məhkəmə Mehdiyevin hüquqlarının pozulduğunu, ona qarşı pis rəftarı, Naxçıvanın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən jurnalist fəaliyyətinə görə azadlıqdan məhrum edildiyini təsdiq edib.
 
Mehdiyevin təqib olunmasına səbəb onun 2007-ci ildə vətəndaşların hüquqlarının pozulması haqqında nəşrləri olub. Bundan sonra o, MTN-in yerli şöbəsinə çağırılıb, burada dəyənəklə döyülüb, jurnalist fəaliyyətinə son qoyulması tələb olunub. Bundan sonra o, məhkəməyə aparılıb və polisə müqavimətə görə 15 günlük həbs cəzası verilib. Həbsdə ona nə yemək, nə su verilib, 4 gün sonra isə izahatsız sərbəst buraxılıb.
 
Hakimiyyət hələ də Mehdiyevin həbsi faktını təsdiq etməyib.
 
Avropa Məhkəməsi Azərbaycan hökumətinin Mehdiyevə təzminat olaraq 10 min avro və məhkəmə xərcləri və digər xərclər üçün 4 min avro ödəməli olduğu haqqında qərar qəbul edib.  contact.az /

Google+ WhatsApp ok.ru