Azərbaycan boksçusu erməni idmançı ilə qarşılaşacaq 20 İyun 2015 01:00 İdman Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edir. Bu gün daha 6 çəki dərəcəsində 1/8 mərhələsinin görüşləri keçiriləcək. Bunun 4-də kişilər, 2-də qadınlar mübarizə aparacaqlar. Azərbaycan yığmasının 2 boksçusu bu gün rinqə çıxacaq. Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidovun (+91 kq) ardınca Elvin Məmişzadə və Albert Səlimov da adını 1/4 finala yazdırmağa çalışacaq. Boks Kişilər 52 kq Millimizin liderlərindən Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq. Avropa çempionumuzun rəqibi Mayls Kesi olacaq. İrlandiyalı boksçu Elvinə rəqib olmaq üçün əvvəlki mərhələdə Belarus təmsilçisi İvan Fiqurenkaya qalib gəlib. 23 yaşlı boksçumuz saat 14:15-də rinqə çıxacaq. 60 kq WSB liqasından Rio-2016-ya lisenziya qazanan Albert Səlimov da Avropa Oyunlarında ilk döyüşünü bu gün keçirəcək. Onun bugünkü görüşünə maraq olduqca böyükdü. Çünki təcrübəli idmançımız Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gələcək. Boksçumuz rinqə saat 15:15-də çıxacaq. Teqlər : #Azərbaycan boksçusu erməni idmançı ilə qarşılaşacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Messiyə 280 milyon avro qiymət qoyuldu Voleybol üzrə Dünya Liqası çempionu adını qoruyan ABŞ yığması Tehranda təslim oldu