Azərbaycanda hava yağmursuz və küləkli olacaq 11 Avqust 2015 01:00 Xəbərlər Avqustun 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq. Teqlər : #Azərbaycanda hava yağmursuz və küləkli olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əli İnsanovu 3 gün `kars`da saxlayıblar Ayətullah Gülpayiqani: Təkfirçilər İslamın mehriban simasını ləkələdilər