Azərbaycan Dövlət Neft Fondu yenə milyonlar itirəcək

Yuan qiymətdən düşməkdə davam edəcək. Goldman Sachs bankının analitikləri belə proqnoz verib. Bundan əvvəl Çin yuanı 2% zəifləyib.
 
Goldman Sachs bankının analitiklərinə görə, 3 aydan sonra yuanın dollara nisbətdə məzənnəsi 6,45 olacaq. «Alfa-Foreks» agentliyinin analitiki Andrey Dirgin əmindir ki, Çin valyutasının zəiflədilməsi ixracı artırmaq, ÜDM-i artırmaq üçündür.
 
Goldman Sachs-ın proqnozuna heç kəs şübhə etmir. Amma bu, Rusiyaya yaxşı heç nə vəd etmir, Dream Team Investments şirkətini tərəfdaşı Aleksandr Batmanov hesab edir.
 
Goldman Sachs bankının analitiklərinə görə, 2016-cı ilin sonunda dollar 6,7 yuan olacaq. İndi bu göstərici 6,39 yuandır.
 
ARDNF 2015-ci il iyulun əvvəlində 3 mlrd yuan Çin valyutası alıb (o vaxtkı məzənnə ilə $483 mln). 12 iyunda Çin fond bazarında indeks 7 illik maksimuma çatanda Neft Fond yuan almaq qərarına gəlib. Amma bundan sonra indekslər 30% (Çin şirkətləri $3 trln itirib) düşüb.
 
Qeyd edək ki, yuanın devalvasiyasından sonra Neft Fondu ilk 3 gündə 23 milyon dollar itirmişdi.

Google+ WhatsApp ok.ru