Azərbaycanda “Erməni dili” kitabı çap olunub

Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) “Erməni dili” adlı tədris vəsaiti nəşr edib.
 
Tədris vəsaitinin müəllifi siyasi elmlər doktoru Hatəm Cabbarlı, redaktorları tarix üzrə fəlsəfə doktoru İsrafil Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Sərlan Həsənov, Söhbət Məmmədov və Tahirə Cabbarlıdır.
 
SAM-ın dəstəyi ilə nəşr edilən və geniş oxucu kütləsi üçün nəzərdə tutulan tədris vəsaiti 4 hissədən ibarətdir: Fonetika, Morfologiya, Söz yaradıcılığı və Sintaksis.
 
 “Erməni dilinin öyrənilməsi, heç şübhəsiz, erməni tarixinə bələd olmaq, bu və digər məsələlərə aydınlıq gətirmək, hadisələri öyrənmək və dəyərləndirmək baxımından da əhəmiyyətlidir”,- SAM-ın məlumatında deyilir.
 
Xatırladaq ki, bu kitab Azərbaycanın müstəqilliyi dövründə erməni dilinin öyrənilməsi  üçün çap edilən ilk tədris vəsaitidir.

Google+ WhatsApp ok.ru