Azərbaycanda işsizlərə verilən müavinət artdı - RƏSMİ 26 Sentyabr 2015 01:00 İqtisadiyyat 2015-ci il sentyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4 milyon 884 min nəfər olub, onlardan 4 milyon 649 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. 2015-ci ilin iyulun 1-nə olan məlumatların müqayisəsi göstərir ki, rəsmi işsiz statusu verilmiş şəxslərin sayı100 nəfər azalıb. Belə ki, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29 min nəfər olub, onların 38,7%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 250,8 manat olub. Məlumat üçün bildirək ki, müavinətlər üzrə orta məbləğdə artım müşahidə edilib: Komitənin məlumatına görə, 2015-ci ilin aprelin 1-nə müavinətin orta məbləği 254,4 manat, mayın 1-nə 248,3 manat, iyunun 1-nə isə 239,6 manat, iyulun 1-nə 243,4 manat, sentyabrın 1-nə isə 250,8 manat təşkil edib. Teqlər : #Azərbaycanda işsizlərə verilən müavinət artdı RƏSMİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 5 milyard manat da belə getdi... Dövlətin dotasiyaları aradan qaldırması nə vəd edir