Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 88 dəfə atəş zərbəsi endirib 04 Noyabr 2015 02:00 Qarabağ xəbərləri Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 87 dəfə pozub. Maide.az-ın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 88 dəfə atəş zərbəsi endirib. Teqlər : #Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 88 dəfə atəş zərbəsi endirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri atəşkəs rejimini 112 dəfə pozub ATƏT təmas xəttində monitorinq keçirəcək
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni