Azərbaycan Kuboku və Premyer Liqanın təqvimində dəyişiklik edilib

Azərbaycan Premyer Liqasında XIV turun və Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəlində dəyişiklik edilib. Maide.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişiklik "Qəbələ" klubunun müraciəti əsasında gerçəkləşib.
Klubun Avropa Liqasının V turunda Yunanıstanda PAOK-la noyabrın 26-da keçirəcəyi oyunu və yarışların əsasnaməsini rəhbər tutan PFL “Qəbələ” – “Rəvan” görüşünü noyabrın 29-dan 30-na ertələyib. Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qəbələ” – “Mil Muğan” və “Rəvan” – “Bakı” matçları isə dekabrın 2-dən 3-nə dəyişdirilib.

Google+ WhatsApp ok.ru