Azərbaycanın geri qaytardığı erməni əsgərə qohumları ilə görüşməyə icazə verilmir 20 Noyabr 2015 02:00 Qarabağ xəbərləri Könüllü şəkildə Azərbaycan əsgərlərinə təslim olan və bir müddətdən sonra geri qaytarılan Ermənistan hərbçisi Andranik Qriqoryana indiyədək valideynləri ilə görüşməyə icazə verilmir. Bu haqda Ermənistanda çıxan "Joxovurd" qəzeti məlumat yayıb. Qriqoryanın yeznəsi Armen Arutyunyan bildirib ki, tibbi müayinədən sonra Andraniki sorğu-sual üçün polis bölməsinə aparıblar: "Biz onun evə nə vaxt buraxılacağı ilə davamlı olaraq maraqlanırıq. Deyirlər ki, Azərbaycanda saxlanıldığı 8 ay müddətində başına gələnləri danışıb, dediklərini başa düşdükdən sonra onu evə buraxacaqlar. İndiyə kimi qohumlardan heç kim onu görməyib". Qeyd edək ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 2015-ci il martın 22-də könüllü şəkildə Azərbaycan hərbçilərinə təslim olan Ermənistan hərbçisi, 1991-ci il təvəllüdlü Qriqoryan Andranik Araratoviçi noyabrın 18-də azad edərək qarşı tərəfə qaytarıb. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.(Report) Teqlər : #Azərbaycanın geri qaytardığı erməni əsgərə qohumları ilə görüşməyə icazə verilmir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İrəvan etiraf etdi: - `Azərbaycana uduzuruq` Azərbaycan Ordusu erməni silahlı bölmələrinin 82 atəşinə 95 zərbə ilə cavab verib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni