Azərbaycandan İslamazeri.az saytına giriş məhdudlaşdırılıb

İslamazeri.az Azərbaycanda sayta girişin məhdudlaşdırılması ilə bağlı müraciət yayıb.
 
Maide.az-a göndərilən müraciətdə bildirilir ki, bir çox provayderlər vasitəsilə İslamazeri.az-ın girişinə məhdudiyyətlər qoyulub. İslamazeri bunu söz azadlığı və insan haqlarının kobud surətdə pozulması kimi qiymətləndirib. Müraciətdə deyilir: "Dövlətimizdən saytımıza qanunsuz məhdudiyyət yaradanlara qarşı ölçü götürməsini, bu cür qanunsuz addımlarla Azərbaycanımızın adını söz azadlığının boğulan ölkələr siyahısına yazılmasının qarşısını almağı xahiş edirik.
Buradan Mətbuat Şurasına da məsələ ilə bağlı lazımı addımlar atmağa, sayta qoyulan qanunsuz blokun bir an əvvəl aradan qaldırılması üçün müraciət edirik."

Google+ WhatsApp ok.ru