Gəncə şəhərində 2 inanclı saxlanılıb

Noyabrın 26-da Gəncə şəhər sakini Sabir Əliyev  və Ruzi İsmayılov Nardaran qəsəbəsində baş vermiş hadisə ilə əlaqədar Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən tutulub.
 
Polis saxlanılan Gəncə sakini Sabir Əliyevdən “TT” markalı tapança, 8 ədəd patron, 1 ədəd patron darağı və 3,215 qram heroin və Ruzi İsmayılovdan isə 1 ədəd “F-1”, 1 ədəd “RQD-5” qumbaraları və 14 qram heroin götürüldüyün bildirib. 
 
Gəncə Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə Gəncə şəhərində vəziyyət tam sabitdir.

Google+ WhatsApp ok.ru