Azərbaycan Ordusunun şəhid olan əsgəri Tovuzda dəfn olunub 01 Dekabr 2015 02:00 Qarabağ xəbərləri Ötən gün erməni silahlı bölmələri ilə döyüşdə şəhid olan Azərbaycan Ordusunun əsgəri Elşən Aydın oğlu İsmayılov bu gün dəfn edilib. Füzuli istiqamətində şəhid olan əsgər bu gün doğulduğu Tovuz rayonunun Əhmədabad kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və rayonun idarə, müəssisə rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və hərbçiləri iştirak edib. Çıxış edənlər E. İsmayılovun cəsur, vətənini sevən vətəndaş olduğunu, döyüş tapşırıqlarını daima canla-başla yerinə yetirdiyini bildiriblər. Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb. Teqlər : #Azərbaycan Ordusunun şəhid olan əsgəri Tovuzda dəfn olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Amerikalı həmsədr Qarabağı Belqradda müzakirə edəcək Bütün cəbhə boyu atəşkəs pozulub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni