`Azəriqaz`: Nardaranda mənzili texniki baxışdan keçən sakinlər sabahdan qazla təmin olunacaq

“Bu günə qədər SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən Bakının Nardaran qəsəbəsində 300-dən artıq mənzilə texniki baxış keçirilib, sayğaclar quraşdırılıb. Bu işlər “Azəriqaz” tərəfindən mərhələli şəkildə davam etdirilir. Sabahdan etibarən mənzilinə baxış keçirilmiş, qaz sayğacları quraşdırılmış abunəçilərin qaz təchizatı bərpa ediləcək”.
 
Bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələrlə şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.
 
 

Google+ WhatsApp ok.ru