Azərbaycan ABŞ-a nota verdi

ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta çərşənbə axşamı Azərbaycan XİN-ə dəvət edilib və ona etiraz notası təqdim edilib.
 
XİN-in mətbuat xidmətinin məlumatında deyilir ki, notada 9 dekabr tarixində Vaşinqtonda Ermənistanın ABŞ-dakı səfirliyi, erməni lobbi təşkilatları və Konqresdə Ermənistan üzrə işçi qrupun təşkil etdiyi “Artsaxın müstəqilliyinin ildönümü” adlı qurama tədbirə qatılması və tədbir çərçivəsində özünü Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Karen Mirzoyanla görüşünə etiraz bildirilir.
 
“Bu hərəkətlər Minsk qrupunun həmsədr institutunun mandatına tamamilə ziddir və onun neytrallığı və qərəzsizliyinə kölgə salır”, deyə notada qeyd edilir.
 
Bundan başqa, XİN danışıqlar prosesini daha da çətinləşdirən bu cür tədbirlərin keçirilməsinin yolverilməz olduğunu Dövlət Departamentinin diqqətinə çatdırır.
 
Öz növbəsində, Ceyms Uorlik öz twitter hesabında yazıb ki, bütün münaqişə tərəflərinin fikrini öyrənmək üçün onlarla ünsiyyətdə olmaq lazımdır. contact.az/

Google+ WhatsApp ok.ru