Azərbaycanda zəlzələ baş verib

Yanvarın 12-də Azərbaycan ərazisində 4,6 bal gücündə zəlzələ baş verib.
Maide.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yeraltı təkanlar saat 06:38 radələrində Yardımlı rayonundan 17 km. şimalda, İran-Yardımlı sərhədində 21 km. dərinlikdə qeydə alınıb.
Zəlzələ yaxın yaşayış məntəqələrdə 3 bala qədər hiss olunub.

Google+ WhatsApp ok.ru