Azərbaycanın Neft Fondu 5 xarici şəhərdə bahalı mülklər alıb 08 Mart 2016 02:00 İqtisadiyyat Dövlət Neft Fondunun (ARDNF) ötən il daşınmaz əmlaka və qızıla yatırdığı investisiya açıqlanıb. ARDNF-dən verilən məlumatda bildirilib ki, Fond 2015-ci ildə LondonunWest End istiqamətində, Seynt Ceyms, 78 ünvanında yerləşən, dəyəri 217 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi “Tverskaya” 16 ünvanında yerləşən və dəyəri 5,81 milyard Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vendom meydanı, 8 ünvanında yerləşən, dəyəri 165,46 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə, Koreyanın Seul şəhərinin 203 Eurojiro2-ga, Jung-gu ünvanında yerləşən, dəyəri491,975 milyard Cənubi Koreya vonu olan “Payn Avenyu A qülləsi” daşınmaz əmlak kompleksinə, habelə Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən və dəyərti51,5 milyard yapon yeni təşkil edən ticarət mərkəzinə investisiya yatırıb. Fondun daşınmaz əmlak komplekslərinə yatıdığı investisiyaların ümumi məbləği 1,5 milyard ABŞ dolları təşkil edib. Eyni zamanda Fond tərəfindən alınmış qızılın ümumi miqdarı 30174,9 kq (970145,5 troya unsiyası), yaxud 1,04 milyard ABŞ dolları təşkil edib. Alınmış qızıl Azərbaycana gətirilərək, saxlanması üçün Mərkəzi Bankda yerləşdirilib. Teqlər : #Azərbaycanın Neft Fondu 5 xarici şəhərdə bahalı mülklər alıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Brent neftinin qiyməti 41 dolları keçdi ''Dolların kəskin artımı gözlənilmir, əgər olsa, 2 manata yaxın artacaq''