Azərbaycan və İran yaxın vaxtlarda sadələşdirilmiş viza rejimini tətbiq edə bilərlər 07 Aprel 2016 01:00 Ölkə Azərbaycan və İran yaxın vaxtlarda sadələşdirilmiş viza rejimini tətbiq edə bilərlər. Maide.az xəbər verir ki, bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov rusiyalı və iranlı həmkarları ilə üçtərəfli görüşün yekunu üzrə mətbuat konfransında deyib. Nazir bildirib: "Bu məsələ Bakıda İran tərəfilə ikitərəfli danışıqlarda müzakirə olunub və biz hazırda nəticəyə yaxınıq. Tezliklə Azərbaycan və İran arasında sadələşdirilmiş vizanı tətbiq edəcəyik". Qeyd edək ki, İran 2010-cu ildən Azərbacyan vətəndaşları üçün viza rejimini bir tərəfli ləğv edib./ Teqlər : #Azərbaycan və İran yaxın vaxtlarda sadələşdirilmiş viza rejimini tətbiq edə bilərlər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan, Rusiya və İran XİN başçıları Qarabağla bağlı nə dedi? `Bir kəndə ki, 70-ə qədər mərmi düşə...`