Azərbaycanda leysan yağacaq - Çətirləri götürməyi unudmayın 28 Aprel 2016 01:00 Ölkə Şimal-qərb küləyi əsəcək. Bakı və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-14, gündüz 16-21, Bakıda gecə 11-16, gündüz 18-20 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq. / Teqlər : #Azərbaycanda leysan yağacaq Çətirləri götürməyi unudmayın, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Multukulturalizm ilində azərbaycanlı xanım hicaba görə AZTV-nin efirinə buraxılmadı SOCAR ixtisarlara başlayacaq