Azərbaycanda yükdaşıma tarifləri artıb

2016-cı ilin yanvar-aprel aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 39,8 faiz bahalaşıb.
 
Maide.Az  Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, cari ilin aprel ayında isə mart ayına nisbətən yükdaşıma qiymətləri 4,6 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 5,9 və 5,5 faiz, ölkələrarası yükdaşıma qiymətləri hava və dəmir yolu nəqliyyatında 5,5 faiz, dəniz nəqliyyatında 5,6 faiz, avtomobil nəqliyyatında 1,8 faiz ucuzlaşıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.
 

Google+ WhatsApp ok.ru