Azərbaycan rayonlarında havanın temperaturu 32 dərəcəyə yüksələcək 14 May 2016 01:00 Ölkə Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, mayın 15-də səhər bəzi yerlərdə zəif duman olacaq, gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-16, gündüz 23-28, Bakıda gecə 13-15, gündüz 24-26 dərəcə isti olacaq. Sabah Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq. Teqlər : #Azərbaycan rayonlarında havanın temperaturu 32 dərəcəyə yüksələcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək «Elə bir bədxərc sistem qurublar ki…»