Azərbaycan başqa ölkələrə proqram təminatı satacaq 24 İyun 2016 01:00 İqtisadiyyat “Audatex-Azerbaijan” MMC avtomobillərin işlənmiş ehtiyat hissələrini satan sahibkarlar üçün proqram təminatı hazırlayıb. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şirkətin icraçı direktoru Zakir Kərimzadə deyib. Onun sözlərinə görə, yeni proqram təminatı satıcılara imkan verəcək ki, onlar ehtiyat hissələrinin kodlarını birbaşa “Audatex” sistemindən özləri götürsünlər. “Hazırda bu proqram Fransada pilot layihə kimi tətbiq olunur. Əgər bir il ərzində hər hansı problem ortaya çıxmasa, həmin proqram təminatının digər ölkələrə də satılması mümkündür”, - deyə, Z.Kərimzadə bildirib. Teqlər : # Azərbaycan başqa ölkələrə proqram təminatı satacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Dövlət Neft Fondu bu gün 90 mln. dollar itirib Qızıl bir qədər bahalaşacaq