Azərbaycan Belarusa ixracı 6 dəfə artırıb 15 İyul 2016 01:00 İqtisadiyyat 2016-cı ilin I yarısında Azərbaycan məhsullarının Belarusa ixracı 6 dəfə artıb. Trend-in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfirliyinin ticari-iqtisadi və investisial məsələləri üzrə müşaviri Leonid Lavrov Bakıda Azərbaycan-Belarus biznes forumunda deyib. Onun sözlərinə görə, söhbət təkcə kənd təsərrüfatı məhsullarının deyil, həm də sənaye, neft və digər məhsulların ixracından gedir. L.Lavrov qeyd edib ki, iki ölkənin iş adamları arasında birbaşa təmaslar fəallaşıb. // Teqlər : #Azərbaycan Belarusa ixracı 6 dəfə artırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dollar yenə bahalaşdı Ötən ay manat dollara nisbətən 1,3 faiz ucuzlaşıb