Azərbaycan cüdoçusu Rüstəm Orucov olimpiadada 1/8 finala yüksəlib

Azərbaycan cüdoçusu Rüstəm Orucov olimpiadada 1/8 finala yüksəlib

 
Növbəti rəqib avstraliyalı olacaq
 
 Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov ilk görüşünə çıxıb. 
 
"Report"un məlumatına görə, 25 yaşlı idmançı 1/16 finalda Didar Xamza ilə qarşılaşıb.
 
Görüş R.Orucovun qələbəsi ilə yekunlaşıb. Rəqibi 3 dəfə cərimələndiyi halda, Azərbaycan idmançısında bu göstərici 2 oldiğu üçün R.Orucov növbəti mərhələyə adlayıb.
 
Onun rəqibi Ceyk Bensted (Avstraliya) olacaq. /

Google+ WhatsApp ok.ru