Azərbaycan bu il 3,6 mlrd. dollarlıq xam neft ixrac edib

Azərbaycan bu il 3,6 mlrd. dollarlıq xam neft ixrac edib

 
Bu dövrdə ixrac  olunan xam neftin miqdarı isə 12,334 mln. ton olub
 
Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycan 12 333 679,47 ton həcmində xam neft ixrac edib.
 
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xam neftin dəyəri 3 555 732,40 min dollar təşkil edib.
Hesabat dövründə ixrac olunan xam neftin miqdarı ötən ilin müvafiq dövrünə nisbətən 9,56%, dəyəri isə 39,36% azalıb. Yanvar-iyul aylarında Azərbaycanın ümumi
ixracının 77,47%-ni xam neft təşkil edib.
 
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ümumi ixracı 4 589 792,06 min dollar olub. /

Google+ WhatsApp ok.ru