Azərbaycanda 2015-ci ildə neçə nəfər azadlıqdan məhrum edilib? 16 Sentyabr 2016 01:00 Ölkə Azərbaycanda ötən il 7830 nəfər azadlıqdan məhrum edilib ki, onlardan 4-ü ömürlük cəza alıb. Maide.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, azadlıqdan məhrum edilənlər arasında 2 il cəza alanlar (3510) üstünlük təşkil edib. 10-15 il müddətinə azadlıqdan məhrum edilənlərin sayı 455 nəfər olub. 2010-cu illə müqayisədə ömürlük həbs edlənlərin sayında azalma qeydə alınsa da, ümumi məhkum edilənlərin sayında artım olub. Belə ki, 2010-cu ildə 6409 nəfər məhkum edilib, onlardan 15 nəfərinə ömürlük cəza verilib. Həmin vaxt iki il azadlıqdan məhrum edilənlərin sayı 2516, 10 ildən 15 ilə qədər azadlıqdan məhrum edilənlərin sayı isə 381 nəfər olub. / Teqlər : #Azərbaycanda 2015ci ildə neçə nəfər azadlıqdan məhrum edilib?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mövsüm Səmədov aclığı dayandırıb, səhhətində problemlər var Sabah ölkə ərazisində yağmurlu hava olacaq