Azərbaycanda dərman istehsalı zavodunun inşasına start verilir

Azərbaycanda dərman istehsalı zavodunun inşasına start verilir

  
Azərbaycan-Rusiya birgə dərman istehsalı zavodunun tikintisinə cari ilin sentyabrında başlanacaq.
 
Bu barədə Rusiyanın "R-Farm" iri əczaçılıq şirkətinin kommersiya direktoru Andrey Burxanov bildirib.
 
O qeyd edib: "Zavodun sahəsi üçün iki potensial əraziyə baxırıq. Bu, Ələt qəsəbəsindəki azad ticarət zonası və Sumqayıt Kimya-Sənaye Parkıdır".
 
A.Burxanovun sözlərinə görə, tikinti işlərinə bu ilin sentyabrında start veriləcək, 2019-cu ilin sonunda isə istehsak layihə gücünə çıxmalıdır.
 
O əlavə edib ki, ilkin mərhələdə qablaşdırma istehsalının təşkili planlaşdırılır: "İkinci mərhələdə regional distribüter mərkəzi və laboratoriya olacaq. Üçüncü mərhələdə isə dərman vasitələrinin istehsalına başlanılacaq". (trend) /

Google+ WhatsApp ok.ru