Azərbaycan, İran və Rusiya poçt sahəsində əməkdaşlıq sazişi imzalayacaq

Azərbaycan, İran və Rusiya poçt sahəsində əməkdaşlıq sazişi imzalayacaq

Azərbaycan, İran və Rusiya arasında poçt sahəsində əməkdaşlıq sazişi imzalanacaq. Bunu APA-nın Tehran bürosuna rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib.
 
İranlı həmkarı Mahmud Vaezi ilə görüşdən sonra R. Quluzadə bildirib ki, iki ölkə arasında əməkdaşlıq üçün böyük potensial mövcuddur.
 
"Gələn həftənin sonunadək müştərək işçi qrupu yaradılacaq və işçi qrup texnologiyalar və kosmos sahəsində əməkdaşlıq perspektivlərini araşdıracaq. Mənim rəhbərlik etdiyim nümayəndə heyətinə bir sıra rəsmi şəxslər və şirkət rəhbərləri daxildir. İki ölkə müştərək əməkdaşlıqda maraqlıdır və bu istiqamətdə ciddi işlər aparılır".
 
Qeyd edək ki, R. Quluzadə bu gün İranın milli poçt şirkətinin rəhbəri ilə görüşüb. Görüş çərçivəsində tərəflər İranın Pəyam hava limanında regional habın yaradılması və ondan müştərək istifadə barədə qərar qəbul ediblər. /

Google+ WhatsApp ok.ru