Azərbaycanda yarım metr qar yağıb 02 Noyabr 2016 02:00 Ölkə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi noyabrın 01-i gündüzdən 02-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar ağıb. Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında və Naxçıvan MR-da: 1-11, Böyük Qafqazda: 1-15, Qazax-Gəncə zonasında: 2-29, Mərkəzi-Aran rayonlarında: 2-13, Kiçik Qafqazda: 28-44, Bakıda və Abşeron yarımadasında: 1-9 mm olub. Qar örtüyünün hündürlüyü Kirəndə (Tovuz) 55, Qaraqollarda (Daşkəsən) 52, Alaxançallıda (Daşkəsən) 30, Gədəbəydə 42, Qalakənd (Gədəbəy), Daşkəsəndə 40, Sarıbaşda 30, Zəyəmçayda (Tovuz) 17, Xınalıqda 14, Göygöldə 8, Çaykənddə 2, Qubanın dağlıq ərazilərində: Ləzədə 20, Xınalıqda 18, Altıağacda 4, Xaltanda 2, Qonaqkənd, Nohurdüz, Susayda 6, Rükdə 8 sm təşkil edib. Külək: Şimal-qərb küləyi əsib, ayrı-ayrı rayonlarda arabir güclənib. / Teqlər : #Azərbaycanda yarım metr qar yağıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah Bakıda hava yağmursuz olacaq Baş həkim: “İl ərzində xəstəxanaya qəbul edilən uşaqların 3-4 faizində ölüm halları baş verir”