Azərbaycan Kubokunun 1/4 final mərhələsinin hakim təyinatları açıqlanıb

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin hakim təyinatları açıqlanıb

Zirə - Neftçi oyunu Əliyar Ağayevə tapşırılıb
 
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları üçün bütün təyinatlar müəyyənləşib. 
 
FİFA referisi Əliyar Ağayev "Zirə" - "Neftçi" oyununu idarə edəcək.
 
Bakıda keçiriləcək "İnter" - "Kəpəz" oyununda isə Rəhim Həsənov iş başında olacaq.
13 dekabr (çərşənbə axşamı)
15:00. "Qəbələ" - AZAL
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu
 
17:00. "Zirə" - "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu
 
17:00. "İnter" - "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
"İnter Arena" (CBC Sport, canlı yayım)
 
18:00. "Qarabağ" - "Sumqayıt"
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
"Azersun Arena"
 
Qeyd edək ki, bu mərhələnin cavab oyunları dekabrın 21-də reallaşacaq. (report) /

Google+ WhatsApp ok.ru