''Azərbaycan ayda 57 milyonluq ixrac gəlirindən məhrum olacaq''

''Azərbaycan ayda 57 milyonluq ixrac gəlirindən məhrum olacaq''

"Azərbaycan neft istehsal edən ölkələrin Vyana görüşündə gündəlik neft hasilatını 35 min barrel, hazırkı hasilatının 5,5 faizi qədər azaltmağa razı olub", - iqtisadçı Qubad İbadoğlu "Facebook"da belə yazıb.
 
Q.İbadoğlu deyir ki, əgər həqiqətən də Azərbaycan neft ixracatını gündə 35 min barrel aşağı salarsa cari qiymət səviyyəsində ölkəmiz gündə 1,925 milyon dollar, ayda isə 57,5 milyon dollar ixrac gəlirlərindən məhrum olacaq:
 
"Bu məbləğin 47 milyon dollarının xalis mənfəət olduğunu nəzərə alsaq, onda aylıq təmiz valyuta itkisi orta aylıq qeyri-neft ixracatının yarısı qədər olacaq. Bu ilin 9 ayının yekunlarına görə, Azərbaycanda orta aylıq qeyri-neft ixracatı 93,7 milyon dollar təşkil edib. Belə olan halda valyuta gəlirlərinin azalması manatın məzənnəsinin ucuzlaşmasını şərtləndirən amilləri daha da fəallaşdıra bilər".
 
İqtisadçı deyir ki, bu məsələdə həlledici rol dünya bazarında neftin qiymətinin hansı səviyyədə tarazlaşmasından asılı olacaq:
 
"Dünya bazarında neft təklifinin azaldılması qərarı hər barelə görə qiymətin gələn ildən orta səviyyəsinin cari səviyyədən 10 dollar və daha çox yüksəlməsinə gətirib çıxaracağı halda, Azərbaycanın qiymət artımından əldə etdiyi fayda miqdardan itirdiklərindən çox olacaq. Əks təqdirdə, miqdarın itkisi qiymət artımını kompensasiya edə bilməyəcək. Bu isə Azərbaycan kimi iqtisadiyyyatı və milli valyutası neft gəlirlərindən asılı olan ölkələr üçün risklidir".(meydantv)
 

Google+ WhatsApp ok.ru