Azərbaycan və Qazaxıstan gömrük prosedurlarını sadələşdirir 31 Yanvar 2017 02:00 İqtisadiyyat Bununla bağlı iki ölkə arasında razılaşma əldə edilib Azərbaycan Dövlət Gömrük Komitəsi və Qazaxıstan Maliyyə Nazirliyi iki ölkə arasında hərəkət edən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumatların mübadiləsinin təşkilinə dair müqavilə imzalayıb. "Report" xəbər verir ki, bunu Qazaxıstanın "Kursiv.kz" saytı yazıb. Tərəflər gömrük əməliyyatlarının həyata keçirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi üçün ilkin məlumatlılığın önəmini qeyd ediblər. Qeyd edək ki, Qazaxıstan Maliyyə Nazirliyi Dövlət Gəlirləri Komitəsinin sədr müavini Qosman Amrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda işgüzar səfərdə olub və müvafiq sənəd Azərbaycan tərəfi ilə keçirilən görüş zamanı rəsmiləşdirilib. Bundan başqa, görüşdə gömrük sahəsində gələcək əməkdaşlıq perspektivləri də müzakirə edilib. / Teqlər : # Azərbaycan və Qazaxıstan gömrük prosedurlarını sadələşdirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın hər üç vətəndaşından biri banklara borcludur Qar yağdı, meyvə - tərəvəzin qiyməti qalxdı